×
A
A
A
Sazlamalar

Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

Bakı, 8 may, AZƏRTAC
Mayın 9-da Türkiyənin İstanbul şəhərində güləş üzrə Dünya Olimpiya Təsnifat turniri start götürəcək.
AZƏRTAC xəbər verir ki, “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan son yarışın püşkatma mərasimi keçirilib.
Püşkün nəticəsinə əsasən, Azərbaycanın yunan-Roma və qadın güləşçilərinin də ilk rəqibləri müəyyənləşib.

Yunan-Roma güləşi

60 kiloqram
Təsnifat mərhələsi
Murad Məmmədov – Aleksandrs Yurkyans (Latviya)

87 kiloqram
Təsnifat mərhələsi
Rafiq Hüseynov – İlyas Paqkalidis (Yunanıstan)

97 kiloqram
Təsnifat mərhələsi
Murad Əhmədiyev – Riçard Karelson (Estoniya)

130 kiloqram
Təsnifat mərhələsi
Sabah Şəriəti – Nikolaos Ntunyas (Yunanıstan)

Qadın güləşi

50 kiloqram
1/8 final
Mariya Stadnik – Menq Hsieh (Çin Taypeyi) / Aintzane Qoni (İspaniya)

53 kiloqram
Təsnifat mərhələsi
Gültəkin Şirinova – Laura Avila (Kuba)

57 kiloqram
Təsnifat mərhələsi
Alyona Kolesnik – Ramona Qalambos (Macarıstan)

62 kiloqram
Təsnifat mərhələsi
Ruzanna Məmmədova – Anastasiya Qriqoryeva (Latviya)

68 kiloqram
Təsnifat mərhələsi
Elis Manolova – Nikol Parrado (Kolumbiya)

Qeyd edək ki, turnirdə hər çəkidə ilk 3 yeri tutan (yarımfinalda və bürünc medalçılar arasında keçirilən görüşdə qalib gələnlər) güləşçilər Olimpiadaya vəsiqə qazanacaqlar.

İdman 2024-05-08 18:49:00