"Mançester Siti" İngiltərə çempionu olub
Bakı, 19 may, AZƏRTAC
İngiltərə Premyer Liqasında 2023-2024-cü illər mövsümünə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun bütün oyunları eyni saatda başlayıb.
Çempionluq mübarizəsi aparan "Mançester Siti" doğma meydanda "Vest Hem"i qəbul edib. Görüş "şəhərlilər"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Arsenal"ın "Everton"a 2:1 hesabı ilə qalib gəlməsinə baxmayaraq, "Mançester Siti" 91 xalla 2023-2024-cü illər mövsümünü çempion olaraq başa vurub. "Topçular" isə 89 xalla mövsümü ikinci pillədə bitirib.
Turun digər oyunlarında "Nyukasl" "Brentford"u 4:2, "Mançester Yunayted" "Brayton"u 2:0, "Nottingem Forest" "Börnli"ni 2:1, "Çelsi" "Bournmut"u 2:1, "Kristal Pelas" "Aston Villa"nı 5:0, "Liverpul" "Vulverhempton"u 2:0, "Fulhem" "Luton"u 4:2 və "Tottenhem" "Şeffild Yunayted"i 3:0 hesabı ilə məğlub edib.
"Yuventus" Fransa millisinin hücumçusunu transfer edib
Bədii gimnastika üzrə Azərbaycan hakimləri beynəlxalq kurslarda yüksək nəticə göstəriblər
Mbappe Çempionlar Liqasında ən çox qol vuran ikinci fransalı futbolçu olub