×
A
A
A
Sazlamalar

Azərbaycan Basketbol Liqası: "Sabah" final seriyasının ikinci oyununda "Xəzri"yə qalib gəlib

Bakı, 19 may, AZƏRTAC

Basketbol üzrə Azərbaycan çempionatında final seriyasının ikinci oyunu baş tutub.
AZƏRTAC xəbər verir ki, "Xəzri" və "Sabah"ın üz-üzə gəldiyi oyun ikincilərin 94:63 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk görüşdə "Xəzri" "Sabah"a 90:75 hesabı ilə qalib gəlib.
Üç qələbəyə qədər davam edən seriyanın növbəti matçı mayın 22-də keçiriləcək.

 

İdman 2024-05-19 21:32:00