"Fənərbağça" səfərdə "Qalatasaray"ı məğlub edib
Bakı, 19 may, AZƏRTAC
Türkiyə Superliqasında XXXVII tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun mərkəzi oyununda lider "Qalatasaray" doğma meydanda "Fənərbağça"nı qəbul edib. Görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 71-ci dəqiqədə Çağlar Söyüncü vurub.
"Fənərbağça" 21-ci dəqiqədə meydanda azlıqda qalıb. Aleksander Ciku ikinci sarı vərəqə ilə meydandan qovulub.
İkinci pillədə yer alan "Fənərbağça" bu qələbə ilə xallarını 96-ya çatdırıb. 99 xalı olan "Qalatasaray" isə ilk sırada qərarlaşıb.
Qeyd edək ki, Superliqada çempionluğun taleyinə son turda aydınlıq gələcək.
Riçard Almeyda Braziliya klubuna keçib
Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti İdman Akademiyasında təlim keçir
Azərbaycan cüdoçuları Bakıdakı "Böyük Dəbilqə" turnirinə 2 medalla başlayıblar
Balkan çempionatından iştirak edəcək Azərbaycan atletləri müəyyənləşib
"Bavariya" aparıcı futbolçusu ilə müqavilənin müddətini uzadıb