×
A
A
A
Sazlamalar

Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək

Bakı, 8 may, AZƏRTAC

Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək.
Azərbaycan Bilyard Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışda ölkənin təcrübəli bilyardçıları mübarizə aparacaqlar.
Çempionatı izləmək istəyən azarkeşlər üçün bilet pulsuz olacaq.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Bilyard Federasiyanın dəstəyi ilə keçiriləcək ölkə çempionatı mayın 11-dən 13-dək keçiriləcək.

 

İdman 2024-05-08 17:31:00