×
A
A
A
Sazlamalar

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Bakı, 4 may, AZƏRTAC

Azərbaycanda könüllülük hərəkatının genişlənməsində mühüm rola malik və 5 yaşı tamam olan “Könüllü DOST” proqramına ötən dövrdə 112 min 536 müraciət olub, 4 min 835 nəfər proqrama cəlb edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan böyük əksəriyyəti “Gənc DOST” altproqramı üzrə könüllülük fəaliyyətinə cəlb edilən gənclərdən ibarət olub.
Ümumilikdə “Könüllü DOST” proqramı “Gənc DOST”, “Gümüşü DOST” (yaşlılar üçün), “Distant DOST”, “Korporativ DOST” və “İnklüziv DOST” kimi altproqramları fəaliyyət göstərir.
Proqramın iştirakçıları DOST mərkəzlərində vətəndaşların qarşılanması, xidmət pəncərələrinə yönləndirilməsi, habelə vətəndaş axınının idarə edilməsi, vətəndaşların məlumatlandırılması və sair işlərdə kömək göstərir.
Könüllük fəaliyyəti eyni zamanda onlara xidmət sahəsində təcrübə, işgüzar vərdişlər qazanmağa, fərdi inkişaf və karyera yolunda ilk uğurlu addımlar atmağa imkan yaradır.
“Könüllü DOST” proqramı beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Ötən dövrdə həmin proqram Beynəlxalq Sosial Təminat Assosiasiyasının xüsusi mükafatlarına layiq görülüb. Həmçinin “Global HR Summit 2023” beynəlxalq müsabiqəsinin “Ən yaxşı Korporativ Sosial Məsuliyyət Strategiyası” kateqoriyası üzrə qalibi olub.

 

 

Cəmiyyət 2024-05-04 12:07:00