Oğuzda quldurluq edən şəxs saxlanılıb
Bakı, 18 may, AZƏRTAC
Oğuz rayonunun Qumlaq kəndində quldurluq hadisəsi baş verib. Gecə saatlarında naməlum şəxs yaşlı qadını döyərək onun üzərində olan pul vəsaitini ələ keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı Dağlar Əzizov saxlanılıb. O, hadisədən sonra Bakı şəhərinə gedib və taladığı pulu orada xərcləyib.
Məhkəmənin qərarı ilə D.Əzizov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam edir.
Keçmiş məcburi köçkün: Həmişə dövlət başçımıza güvənmişik
Cəbrayıl sakini: Böyük sevinclə evimizə qayıdırıq
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
Rusiya İstintaq Komitəsi “AZAL”ın təyyarəsinin qəzaya uğraması ilə bağlı ekspertiza təyin edib