Həştərxanda növbəti Xəzər Media Forumu keçiriləcək
Moskva, 18 may, AZƏRTAC
Avqust ayında Həştərxanda Xəzər Media Forumu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Həştərxan vilayətinin mədəniyyət naziri Olqa Prokofyeva Tatarıstan Respublikasında keçirilən “Rusiya – İslam dünyası: KazanForum” mövzusundakı forumda bildirib.
O dəqiqləşdirib ki, Forumun davamı “Xəzər mövsümləri” mədəniyyət festivalı olacaq. Festival çərçivəsində tərkibində Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistandan musiqiçilər olan Xəzəryanı dövlətlərin birləşdirilmiş simfonik orkestri çıxış edəcək.
“Dostluq ənənələrini gənc nəslə də aşılayırıq. Bu gün regionda Xəzəryanı dövlətlərin orkestrinin tərəfdarı olan “Gənclər simfonik orkestri” realizə olunur. Kollektivin iştirakçıları Rusiyanın cənub regionlarından olan musiqiçilərdir, Xəzəryanı bölgənin musiqiçiləri onlarla çalışır. 2025-ci ildə layihədə iştirak etmək üçün Xəzəryanı ölkələrdən istedadlı gənclər dəvət olunacaq”, – deyə TASS nazirin sözlərindən sitat gətirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Taleh Babayev: Binəqədi rayonunda baş verən yanğının ilkin səbəbləri araşdırılır VİDEO
FHN: Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğın tam söndürülüb YENİLƏNİB 3 VİDEO
Binəqədidə baş verən yanğınla əlaqədar ərazidə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib
Azərbaycanın avtomobil yollarında dumanla əlaqədar görünüş məsafəsi məhdudlaşacaq