DİN: Ötən gün ölkə ərazisində qeydə alınan 67 cinayətin üstü açılıb
Bakı, 18 may, AZƏRTAC
Mayın 17-də ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 122, o cümlədən borclu şəxs qismində axtarılan 82 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.
Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş olub
Ötən il bir dini icma qeydiyyata alınıb, altısının qeydiyyatı ləğv olunub
Azərbaycan və Sloveniya Birgə İşçi Qrupunun ilk iclası olub
Ermənilərin Cənubi Qafqaz və Anadoluda cinayətləri mövzusu Ankarada geniş müzakirə edilib
FHN: Bir sıra ərazilərdə suçəkmə və vətəndaşların təxliyə işləri yekunlaşıb