Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb
Bakı, 30 aprel, AZƏRTAC
Cüdo üzrə Azərbaycan millisinin Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb.
AZƏRTAC Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığma yarışda 3 çəki dərəcəsində 5 qadın idmançı ilə təmsil olunacaq.
Millinin heyətində Leyla Əliyeva (48 kiloqram), Aydan Vəliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kiloqram), Fidan Əlizadə və Açelya Toprak (hər ikisi 57 kiloqram) medallar uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, mayın 3-5-də təşkil olunacaq “Böyük Dəbilqə”də 71 ölkənin 400-dən çox cüdoçusu iştirak edəcək.
Hidayət Heydərov dünya çempionatının qalibi olub VİDEO
Malayziyada Ulu Öndər Heydər Əliyevə həsr olunan şahmat turniri təşkil edilib
Avropa çempionatı: Azərbaycanın daha bir güləşçisi finala yüksəlib
Avropa çempionatı: Azərbaycan güləşçisi finala yüksəlib
“Neftçi”nin baş məşqçisi: Qarşımızda Çempionlar Liqası kimi çox ağır missiya var