×
A
A
A
Sazlamalar

Avropa çempionatı: Azərbaycan güləşçisi finala yüksəlib

Bakı, 20 may, AZƏRTAC

Azərbaycan güləşçisi Ziya Babaşov Bakıda keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.
AZƏRTAC xəbər verir ki, 63 kiloqramda mübarizə aparan idmançı yarımfinalda israilli Abere Fetene ilə üz-üzə gəlib.
Rəqibinə 5:3 hesabı ilə qalib gələn Z. Babaşov adını finala yazdırıb.
Daha əvvəl 55 kiloqramda mübarizə aparan Rəşad Məmmədov gürcüstanlı Giorgi Toxadzeyə məğlub olub. O, sabah 3-cü yer uğrunda görüşə çıxacaq.
Qeyd edək ki, Avropa çempionatı mayın 24-də başa çatacaq.

İdman 2024-05-20 18:36:00