Avropa çempionatı: Azərbaycanın daha bir güləşçisi finala yüksəlib
Bakı, 20 may, AZƏRTAC
Azərbaycan güləşçisi Xasay Həsənli Bakıda keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.
AZƏRTAC xəbər verir ki, 77 kiloqramda mübarizə aparan idmançı yarımfinalda rumıniyalı Aleksandrin Qutu ilə üz-üzə gəlib. Rəqibinə 7:0 hesabı ilə qalib gələn X. Həsənli adını finala yazdırıb.
Daha əvvəl Ziya Babaşov (63 kiloqram) İsrail təmsilçisi Abere Feteneyə qalib gələrək finala vəsiqə qazanıb. 55 kiloqramda mübarizə aparan Rəşad Məmmədov isə gürcüstanlı Giorgi Toxadzeyə məğlub olaraq həlledici mərhələyə yüksələ bilməyib.
Qeyd edək ki, Avropa çempionatı mayın 24-də başa çatacaq.
Akademiyanın bir qrup tələbəsi və əməkdaşı “Erasmus+” proqramında iştirak edəcək
Bu gün Azərbaycanın ən güclü şahmatçıları bəlli olacaq
Misli Premyer Liqası: XXIII tura Sumqayıtda start veriləcək
Riçard Almeyda Braziliya klubuna keçib
Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti İdman Akademiyasında təlim keçir