×
A
A
A
Sazlamalar

Azərbaycan millisinin voleybolçusu Macarıstan klubundan ayrılıb

Bakı, 30 aprel, AZƏRTAC

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Marqarita Stepanenko Macarıstanın "Bekeşçaba" komandasından ayrılıb.
Bu barədə AZƏRTAC-a 32 yaşlı oyunçu özü məlumat verib. O, klubu ilə başa çatan müqaviləsinin müddətini uzatmayacağını bildirib.
Voleybolçu karyerası ilə bağlı qərar verməyə tələsmədiyini söyləyib.
Qeyd edək ki, Marqarita Stepanenko Macarıstan təmsilçisinin heyətində ölkə çempionatının bürünc, kubokun isə gümüş medalına sahib çıxıb.

İdman 2024-04-30 11:11:00