Azərbaycan Avropa çempionatında 18 boksçu ilə təmsil olunacaq
Bakı, 17 aprel, AZƏRTAC
Boks üzrə Azərbaycan millisinin Serbiyanın paytaxtı Belqradda keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, millinin heyətində 18 idmançı qüvvəsini sınayacaq. Onlardan 13-ü kişi, 5-i isə qadın boksçudur.
11 gün davam edəcək yarışda kişi boksçular tam heyətlə güclərini yoxlayacaqlar. Məşqçilər korpusu çempionatda Həsən Məlikov (48 kiloqram), Məsud Yusifzadə (51 kiloqram), Amin Məmmədzadə (54 kiloqram), Şamil Əsgərov (57 kiloqram), Tayfur Əliyev (60 kiloqram), Malik Həsənov (63,5 kiloqram), Nəbi İsgəndərov (67 kiloqram), Sərxan Əliyev (71 kiloqram), Kamran Şahsuvarlı (75 kiloqram), Murad Allahverdiyev (80 kiloqram), Eldar Quliyev (86 kiloqram), Alfonso Dominqes (92 kiloqram) və Məhəmməd Abdullayevə (+92 kiloqram) şans verəcək.
Qadın boksçuların yarışında isə rinqə Anaxanım İsmayılova (48 kiloqram), Marjona Savriyeva (51 kiloqram), Zeynəb Rəhimova (54 kiloqram), Məhsəti Həmzəyeva (57 kiloqram) və Şəhla Allahverdiyeva (66 kiloqram) çıxacaqlar.
Qeyd edək ki, aprelin 18-də start götürəcək turnirdə 25 çəki dərəcəsində (13 kişi, 12 qadın) 35 ölkədən 400 boksçunun iştirakı gözlənilir.
Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
Azərbaycanın Avropa çempionu FIDE reytinqində irəliləyib
Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqası öncəsi məşqlərə start verib