×
A
A
A
Sazlamalar

Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək

Bakı, 30 aprel, AZƏRTAC

Mayın 1-də yeniyetmə və gənc stolüstü tennisçilər arasında ölkə birinciliyinə start veriləcək.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkil etdiyi yarışda ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən idmançılar bacarıqlarını göstərəcəklər.
“Şüa İdman Kompleksi”ndə keçiriləcək yarışda iki yaş qrupunda - 2005-2008-ci, 2009-cu və daha kiçik təvəllüdlü stolüstü tennisçilər arasında çempionlar müəyyənləşəcək. İştirakçılar komanda, şəxsi, qoşa və qarışıq qoşa növlərində qüvvəsini sınayacaqlar.
Fərqlənən idmançılara Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin ASTF-nin mükafatları təqdim olunacaq.

İdman 2024-04-30 16:48:00