×
A
A
A
Sazlamalar

Azərbaycan millisi Slovakiya ilə yoldaşlıq oyunu keçirəcək

Bakı, 30 aprel, AZƏRTAC

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirəcək.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, U-21 iyunun 7-də səfərdə slovakiyalı yaşıdları ilə qarşılaşacaq.
Senets şəhərində yerləşən təlim-məşq mərkəzində keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

İdman 2024-04-30 14:46:00