Çerniqova raket hücumu nəticəsində 11 nəfər həlak olub VİDEO
Kiyev, 17 aprel, AZƏRTAC
Rusiya ordusunun Ukraynanın Çerniqov şəhərinə raket hücumu nəticəsində azı 11 nəfər ölüb, 22 nəfər xəsarət alıb, 3 nəfər isə itkin düşmüş hesab olunur.
AZƏRTAC xəbər verir ki, bunu Ukraynanın daxili işlər naziri İqor Klimenko deyib. Hazırda təcili yardım xidmətləri şəhərə raket hücumlarının nəticələrini aradan qaldırır.
Nazirin sözlərinə görə, dağıntılar altında hələ də insanlar var.
Axtarış-xilasetmə əməliyyatının davam etdiyini deyən Klimenko
Rusiyanın raket hücumu nəticəsində həlak olanlar arasında 25 yaşlı polis leytenantının da olduğunu bildirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər
Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb
Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək
BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib