Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək
Bakı, 7 may, AZƏRTAC
Ukraynalı pilotlardan ibarət ilk qrupun təlimi mayın sonunda başa çatacaq, F-16 qırıcıları isə iyul ayında Kiyevə təhvil veriləcək.
AZƏRTAC xəbər verir ki, Ali Radanın deputatı Aleksey Qonçarenko bu barədə özünün sosial media hesabında yazıb.
Ukrayna uzun müddətdir ki, tərəfdaşlarından F-16 qırıcıları istəyir. Lakin Qərb ölkələri pilotların və yerüstü xidmət personalının lazımi hazırlığı olmadan onları Kiyevə vermək istəmir. Danimarka, Niderland, ABŞ və bir sıra digər dövlətlər hazırda ukraynalı pilotların təlimlərində fəal iştirak edirlər.
Rusiya prezidenti Vladimir Putin isə Ukraynaya yeni silahların, o cümlədən F-16 qırıcılarının verilməsi ilə cəbhədəki vəziyyətin dəyişməyəcəyini bildirib.
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
Türkiyədə yüksəksürətli qatarlardan istifadə edənlərin sayı 86 milyonu ötüb
Ukrayna Silahlı Qüvvələri Rusiya gəmisinin məhv edilməsi barədə məlumat yayıb
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
Böyük Britaniyada minlərlə insan suların çirklənməsinə görə aksiya keçirib