×
A
A
A
Sazlamalar

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

Bakı, 7 may, AZƏRTAC

Braziliyanın hakimiyyət orqanları ölkənin cənubunda daşqınlar nəticəsində ölənlərin sayının 85 nəfərə çatdığını təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, G1 portalı bu barədə Rio-Qrandi-du-Sul ştatının Mülki Müdafiə Xidmətinə istinadla məlumat yayıb.
Bildirilir ki, Braziliyanın Argentina və Uruqvayla sərhədyanı rayonlarında təbii fəlakət nəticəsində 200-dən çox insan xəsarət alıb, 134 nəfər isə itkin düşüb. Yağışlar və qasırğa 1,17 milyondan çox insana zərər vurub.
Ştatın inzibati mərkəzi Portu-Aleqridə və paytaxt regionunda vəziyyət kritik həddədir. Yaxınlıqdan axan Quayba çayının səviyyəsi 5,33 metrə çatıb ki, bu da indiyədək qeydə alınan ən yüksək göstəricidir. Region əhalisinin təxminən 85 faizi içməli sudan məhrum olub.
Qeyd edək ki, Braziliyanın cənub rayonları ötən həftənin əvvəlindən bəri güclü yağışların təsiri altındadır.

Dünya 2024-05-07 11:07:00