×
A
A
A
Sazlamalar

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Bakı, 7 may, AZƏRTAC

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi Şərqi Afrikada daşqınlardan təxminən 750 min insanın zərər çəkdiyini, 234 min nəfərin qaçqın düşdüyünü və azı 236 nəfərin həlak olduğunu bildirib.
AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, Koordinasiya Ofisi 126 mindən çox insanın su və kanalizasiya, 5 min nəfərin sağlamlıq xidmətləri, 31 min nəfərin ərzaq və maddi yardım, 26 minə yaxın insanın isə təcili sığınacaqla təmin edildiyini açıqlayıb. Məlumata görə, Somalidə 160 mindən çox insan daşqınlardan zərər çəkib, 37 min nəfər evini tərk etməyə məcbur olub.
Keniyada 285 mindən çox insan daşqınların təsirinə məruz qalıb. Burundidə leysan yağışlar və Tanqanika gölündə su səviyyəsinin qalxması yanvar ayından bəri 180 minə yaxın insana ziyan vurub. Yerli hakimiyyət orqanlarının hesablamalarına görə, 40 min hektar əkin sahəsinə də ziyan dəyib.

 

Dünya 2024-05-07 10:58:00