İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib
Bakı, 16 aprel, AZƏRTAC
Bu ilin ilk rübündə Salyan, Yevlax, Masallı və Qubada keçirilmiş Aqrar Biznes festivallarında 2663 fermer iştirak edib. Festivallara qatılmış fermerlərin 91 faizi kişi, 9 faizi qadın fermerlərdir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, festivallar Şirvan-Salyan, Mərkəzi Aran, Lənkəran-Astara və Quba-Xaçmaz iqtisadi rayonlarını əhatə edib. Ümumilikdə, tədbirlərə 23 rayon və şəhərdən gəlmiş fermerlər qatılıblar.
Aqrar sahədə müasir innovativ yeniliklərin nümayiş etdirildiyi festivallarda, ümumilikdə, 22 dövlət qurumu və 95 özəl şirkət təmsil olunub. Tədbirlər çərçivəsində 13 şirkət və fərdi sahibkar tərəfindən 3 milyon 102 min 300 manat həcmində satış həyata keçirilib. Şirkətlər tərəfindən əsasən traktorlar, konteyner daşıyan qoşqular, meyvə yığan platformalar, tunel tipli ön soyutma sistemləri, hava ilə soyutma avadanlıqları, fındıq toplayan aqreqatlar, bağ ləvazimatları, toxum, ting, arıçılıq məhsulları, qurudulmuş meyvə satışı gerçəkləşdirilib.
Aqrar Biznes festivallarında fermerlər üçün 10 təlim təşkil olunub. Təlimlərin mövzuları fermerlərin ehtiyacları nəzərə alaraq müəyyənləşdirilib. Aqrar Təlim Mərkəzi, elmi-tədqiqat institutları və özəl şirkətlərin mütəxəssisləri prosesə təlimçi qismində qatılıblar.
Festivallar çərçivəsində ilk dəfə fermerlər üçün kredit yarmarkaları təşkil olunub. Kredit yarmarkalarında 9 bank və 1 bank olmayan kredit təşkilatı öz məhsulları barədə fermerlərə məlumat veriblər.
Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar Biznes festivalları aprel ayında Qazax və Qəbələ rayonlarında keçiriləcək.
Naxçıvan şəhərində evdə yanğın olub
ETSN rəsmisi: Şam ağaclarının qurumasının əsas səbəbi zərərvericilərdir
Sumqayıtda avtomobili narkotik vasitələrin təsiri altında idarə edən sürücülər saxlanılıb
Bakı-Ələt-Qazax avtomobil yolunun 284-cü kilometrliyində qurumuş ağaclar ərazidən götürülüb
Laçında daha 23 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO