×
A
A
A
Sazlamalar

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Bakı, 16 aprel, AZƏRTAC

"Hazırda komandada ab-hava yaxşıdır. Avropa çempionatına tam heyətlə gedəcəyik".
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli yığmanın Avropa çempionatına hazırlığı barədə jurnalistlərə açıqlamasında deyib.
O, yığmanın ötənilki qitə birinciliyində iki qızıl medal qazandığını xatırladıb: “Hidayət Heydərov və Zelim Kotsoyev reytinqdə yuxarı pillələrdə qərarlaşıblar. Bu yarışda da cüdoçularımızın uğurlu çıxış edəcəyinə inanıram. İndi əsas məqsədimiz "Paris-2024" Yay Olimpiya Oyunlarıdır. Lakin bəzi çəki dərəcələrində Olimpiadaya kimin gedəcəyi dəqiqləşməyib".
Federasiya rəsmisi 81 kiloqram çəkidə mübarizə aparan Səid Mollayinin heyətdə olmamasının səbəbini də açıqlayıb: “Səid zədəlidir. Bərpa olunmaq üçün xüsusi proqramla çalışır. Hazır olduqdan sonra yenidən yığmaya cəlb olunacaq".
Qeyd edək ki, Avropa çempionatı aprelin 25-27-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək.

 

İdman 2024-04-16 17:46:00