×
A
A
A
Sazlamalar

Kəngərli rayonunda avtomobil yanıb

Naxçıvan, 16 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan-Sədərək magistral yolunun Kəngərli rayon Xok kəndi ərazisindən keçən hissəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, dərhal Kəngərli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb edilib.
“Lifan” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Regionlar 2024-04-16 17:28:00