×
A
A
A
Sazlamalar

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Bakı, 16 aprel, AZƏRTAC

Aprelin 16-da Dənizkənarı Milli Parkda Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti layihənin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirildiyini söyləyib. O bildirib ki, layihənin məqsədi uşaqların təbiətə olan diqqət və marağını artırmaq, ətraf mühiti, canlıları qorumaq və quşlar üçün yuva-evciklər hazırlamaqdır.
Mərkəzin direktoru qeyd edib ki, dərnək üzvləri, gənc rəssamlar öz istedadlarını nümayiş etdirərək quşlar üçün yuva-evcikləri təbiət mövzusunda rəngləyəcəklər. Sonda uşaqların boyadıqları yuvalar bu il 115 illik yubileyi qeyd olunan Dənizkənarı Milli Parka hədiyyə olunacaq.
Tədbirdə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin bədii kollektivləri tərəfindən Vətən, təbiət mövzusunda konsert proqramı təqdim edilib.

Elm və təhsil 2024-04-16 17:22:00