×
A
A
A
Sazlamalar

Birinci sinfə elektron qeydiyyatla bağlı vətəndaş müraciətləri cavablandırılır

Bakı, 6 may, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Vətəndaşların Qəbulu Mərkəzinə və Çağrı Mərkəzinə (146-1) birinci sinfə elektron qeydiyyatla bağlı müraciət edən vətəndaşların sualları operativ şəkildə cavablandırılır, valideynlərə müvafiq dəstək göstərilir.
İdarədən AZƏRTAC-a bildirilib ki, Bakı şəhərindəki ümumi təhsil müəssisələrində yaradılan 27 alternativ qeydiyyat mərkəzində, 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsində özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlara kömək göstərilir.

Elm və təhsil 2024-05-06 13:08:00