×
A
A
A
Sazlamalar

EURAS-ın prezidenti BANM-də master-klas keçib

Bakı, 6 may, AZƏRTAC

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Avrasiya Universitetlər Birliyinin (EURAS) prezidenti, İstanbul Aydın Universitetinin təsisçisi və rektoru Mustafa Aydın master-klas keçib.
BANM-dən AZƏRTAC-a bildirilib ki, tədbir “Ali təhsildə müasir liderlik” mövzusuna həsr edilib.
Tədbiri açan rektor Elmar Qasımov mövzunun aktuallığından danışıb və bu sahədə müasir metodların öyrənilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, gənclərin layiqli vətəndaş və şəxsiyyət kimi formalaşmasında müasirlik ilə yanaşı, zəngin adət-ənənələrimizin, mental dəyərlərimizin rolu böyükdür.
Sonra Mustafa Aydın liderliyin əsas xüsusiyyətləri, şəxsiyyətin inkişafında və formalaşmasında təlim-tərbiyənin rolu, eləcə də mənəvi dəyərlərin önəmindən söhbət açıb. O, ustad dərsinin iştirakçıları ilə öz təcrübələrini bölüşüb.
Sonda tanınmış siyasi və dövlət xadimi Həsən Həsənov çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb, uğurlar arzulayıb. Daha sonra Mustafa Aydın iştirakçıların suallarını cavablandırıb.

 

Elm və təhsil 2024-05-06 13:02:00