ABŞ Dövlət katibinin müavini Türkiyəyə səfərə gəlir
İstanbul, 14 aprel, Günel Karatepe, AZƏRTAC
ABŞ Dövlət katibinin müavini Con Bass aprelin 15-16-da Türkiyəyə səfər edəcək. Səfər Türkiyənin xarici işlər nazirinin müavini Burak Akçaparın dəvəti ilə baş tutacaq.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, səfər çərçivəsində keçiriləcək görüşlər zamanı martın 7-8-də Vaşinqtonda keçirilmiş VII ABŞ-Türkiyə Strateji Mexanizm üzrə görüşdə qərarlaşdırılan mövzular başda olmaqla ikitərəfli münasibətlərin müzakirəsi planlaşdırılır.
Bununla yanaşı, regional və qlobal hadisələr, o cümlədən İsrail ilə Fələstin arasında davam edən qarşıdurmadakı son vəziyyət ətrafında da fikir mübadilələrinin aparılması gözlənilir.
Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb
Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib
Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq
ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib
Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir