×
A
A
A
Sazlamalar

G7 İsraili və İranı gərginliyə səbəb olan hərəkətlərdən çəkinməyə çağırıb

Bakı, 14 aprel, AZƏRTAC

Böyük Yeddilik Qrupu (G7) ölkələrinin liderləri Yaxın Şərqdəki tərəfləri gərginliyə səbəb olan hərəkətlərdən çəkinməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya Baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, G7 növbəti qarşıdurmanın qarşısının alınmasının vacibliyini vurğulayaraq, tərəfləri regionda gərginliyi artırmağa yönəlmiş hərəkətlərdən çəkinməyə çağırıb.

Dünya 2024-04-14 20:57:00