×
A
A
A
Sazlamalar

Haitidə torpaq sürüşməsi 13 nəfərin həyatına son qoyub

Bakı, 8 may, AZƏRTAC
Haitinin şimal-qərbində şiddətli yağış səbəbindən daşqınlar və torpaq sürüşməsi baş verib. Hadisə nəticəsində 13 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi məlumat yayıb.
Yerli hakimiyyət orqanları daşqınların evlərə və iş yerlərinə ziyan vurduğunu açıqlayıb.
Koordinasiya Ofisi qarşıdakı günlərdə paytaxtda daha çox yağışın və yeni daşqınların gözlənildiyini bildirib.

Dünya 2024-05-08 11:34:00