×
A
A
A
Sazlamalar

ABŞ Qəzza sektoru üçün üzən limanın tikintisini başa çatdırıb

Bakı, 8 may, AZƏRTAC

Birləşmiş Ştatlar Qəzza sahillərində humanitar yardımların qəbulu üçün nəzərdə tutulan üzən estakadanın tikintisini başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, Pentaqonun nümayəndəsi Sabrina Sinqh bunu ABŞ Müdafiə Nazirliyinin brifinqində deyib.
Onun sözlərinə görə, külək və güclü dalğalar estakadanı hərəkət etdirməyə və onu Qəzza sektorunun sahilinə bərkitməyə mane olur. Bu səbəbdən estakada hələ də Aşdod limanında qalır. Pentaqon həftə sonunda onun təyinat yerinə çatdırılacağına ümid edir.
Sabrina Sinqh bildirib ki, üzən liman vasitəsilə Qəzzaya çatdırılacaq humanitar yardım hazırda Kiprdə yerləşən “MV Sagamore” konteyner gəmisinə yüklənir.

Dünya 2024-05-08 11:42:00