×
A
A
A
Sazlamalar

Baltimor körpüsünün çökməsi nəticəsində itkin düşən altıncı işçinin də cəsədi tapılıb

Bakı, 8 may, AZƏRTAC

ABŞ-ın Baltimor şəhərində (Merilend ştatı) körpünün uçması nəticəsində itkin düşən altıncı işçinin də cəsədi tapılıb.
AZƏRTAC “ABC news” saytına istinadla xəbər verir ki, işçinin cəsədi vahid komandanlığın xilasetmə qrupları tərəfindən aşkarlanaraq sudan çıxarılıb. Onun Merilend ştatının Baltimor şəhərindən olan 37 yaşlı Xose Mynor Lopez olduğu bildirilir.
Xatırldaq ki, Baltimorda Sinqapur bayrağı altında üzən gəmi Frensis Skott körpüsünə çırpılıb. Körpünün çökməsi nəticəsində bir neçə avtomobil metal konstruksiya ilə birlikdə suya düşüb. Ölən altı nəfərin hamısı körpüdə təmir işləri aparan texniki işçilər olub.

Dünya 2024-05-08 11:01:00