×
A
A
A
Sazlamalar

İmişlidə iki yeniyetmə cərəyan vurması nəticəsində həyatını itirib VİDEO

İmişli, 14 aprel, Aydın Yavərzadə, AZƏRTAC

İmişlidə bədbəxt hadisə baş verib. İki yeniyetmə - -2010-cu il təvəllüdlü İsbərov Amid Seyran oğlunu və 2010-cu il təvəllüdlü Məmmədov Farid Vahid oğlunu cərəyan vurması nəticəsində ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə günorta saatlarında İmişli şəhəri 5 saylı orta məktəbin ərazisində qeydə alınıb. Məktəbin həyətində yerləşən birmərtəbəli binanın üstünə çıxarkən onları elektrik cərəyanı vurub.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2024-04-14 16:26:00

Video