×
A
A
A
Sazlamalar

Naxçıvanda kənd təsərrüfatı yönümlü layihələrə 2,5 dəfə çox güzəştli kredit ayrılıb

Naxçıvan, 9 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu 2024-cü ilin 3 ayı ərzində kənd təsərrüfatı yönümlü 8 layihəni maliyyələşdirib.
Muxtar respublikanın İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, layihələrin maliyyələşdirilməsinə 189 min manat vəsait sərf olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.
Cari ilin 3 ayı ərzində qaytarılan kreditlərin həcmi 1,7 milyon manat olub ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 52 faiz çoxdur. 2024-cü ilin I rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çox - 290,2 min manat vaxtı keçmiş kredit vəsaitinin ödənilməsi təmin edilib.

Regionlar 2024-04-09 10:09:00