×
A
A
A
Sazlamalar

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Naxçıvan, 7 may, AZƏRTAC

Cari ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq 1,4 milyon manata yaxın olub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin eyni dövrünə nisbətən 25,6 faiz artıb və 9,4 milyon manat təşkil edib.

Regionlar 2024-05-07 19:06:00