×
A
A
A
Sazlamalar

Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib

Sumqayıt, 7 may, Ətrabə Rzayeva, AZƏRTAC

TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzi “Stansiya Sumqayıt” yaşayış massivindəki 43 nömrəli tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tibbi aksiya keçirib.
AZƏRTAC Mərkəzə istinadən xəbər verir ki, icbari tibbi sığorta çərçivəsində keçirilən aksiyada terapevt, oftalmoloq, kardioloq, nevroloq, otolarinqoloq və şüa-diaqnostika mütəxəssisləri tərəfindən müxtəlif yaş qruplarından olan 50-dən artıq vətəndaş müayinədən keçib.
Müayinələrin nəticələrinə əsasən, müraciət edənlərə müvafiq müalicələr təyin edilib. Müayinə zamanı 1 xəstədə miokard infarktının yarımkəskin mərhələsi aşkar edilərək stasionar müalicəyə göndərilib. Bundan başqa öd kisəsinin çoxsaylı konkrementləri, xroniki pankreatit, şübhəli qlaukoma, quru göz sindromu, sinusit, allergik rinit və digər patologiyalar aşkar olunan pasiyentlər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.

Regionlar 2024-05-07 17:25:00