×
A
A
A
Sazlamalar

Əlilliyi olan 45 şəxs müalicə mərkəzinə yola salınıb

Bakı, 8 aprel, AZƏRTAC

Əlilliyi olan daha 45 şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən yollayışla təmin edilərək müalicə mərkəzinə yola salınıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlar xəstəliklərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasındakı “Darıdağ” Arsenli Su Müalicəxanasında bərpa-müalicə kursu keçəcəklər. Həmin şəxslər sırasında əlilliyi olan uşaqlar valideynlərindən birinin müşayiəti ilə göndərilib.
Agentlik tərəfindən bu ilin ötən dövründə 200-dən çox imtiyazlı şəxs yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb.

Cəmiyyət 2024-04-08 18:08:00