Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək
Bakı, 7 may, AZƏRTAC
Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək. Bu kontekstdə istehsal fəaliyyəti ilə məşğul olan vəzifəli və hüquqi şəxslər böyük məbləğdə cərimə ediləcək.
AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin mayın 7-də keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, “Tütün və tütün məmulatları haqqında” Qanunda nəzərdə tutulmuş qaydada qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı fəaliyyəti ilə məşğul olmağa görə vəzifəli şəxslər 5 min manatdan 7 min (5000-7000) manatadək, hüquqi şəxslər 10 min manatdan 12 min manatadək (10000-12000) manatadək məbləğdə cərimələnəcək.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bakıda yanğına görə avtomobillərin hərəkətinə qoyulmuş məhdudiyyət götürülüb
Sabah Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
Faktiki hava açıqlanıb: Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb
Bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədilə maarifləndirmə işi gücləndirilib