Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı
Bakı, 7 may, AZƏRTAC
“Otuz bir ilə yaxındır ki, övladımdan xəbərsiz idim. Gözüm yollarda qalmışdı. Balamın nəşi tapılandan sonra gözlərim yollardan yığıldı”.
AZƏRTAC xəbər verir ki, bunu Birinci Qarabağ müharibəsi şəhidi Gülalı Dadaşovun anası Səbirə Dadaşova mayın 7-də oğlunun dəfnindən sonra jurnalistlərə müsahibəsində deyib. İtkin düşmüş oğlunun nəşinin tapılmasına, bununla da onu illərin həsrətindən qurtardıqlarına görə ölkə rəhbərliyinə minnətdarlıq edən şəhid anası bildirib:.
“Gülalı 1994-cü ildə Füzuli rayonunun Əbdürrəhmanlı kəndi uğrunda döyüşlərdə şəhid olub. Beyləqan rayonunda naməlum şəhid kimi dəfn edilib. Mən bu illər ərzində onun yolunu gözləmişəm. Aprelin 30-da övladımın nəşinin tapılması haqqında xəbər aldım. Mənim nisgilim sona yetdi. Övladımı adına uyğun layiqli şəkildə torpağa tapşırdığı üçün dövlətimizə təşəkkür edirəm. Bütün şəhidlərimizə Allahdan rəhmət, onların analarına isə səbir diləyirəm”.
Yevlaxda 40 yaşlı qadın qətlə yetirilib
Bakıda yanğına görə avtomobillərin hərəkətinə qoyulmuş məhdudiyyət götürülüb
Sabah Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
Faktiki hava açıqlanıb: Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb