Yevlaxda 40 yaşlı qadın qətlə yetirilib
Bakı, 19 may, AZƏRTAC
Mayın 19-da Yevlax rayonunda 1984-cü il təvəllüdlü Şükürova Ləman Yolçu qızının kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı 1964-cü il təvəllüdlü Şükürov Vəli Mətləb oğlu daha sonra özünə kəsici alətlə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Qərbi Azərbaycana həsr olunmuş silsilə markaların təqdimat mərasimi keçirilib
Respublika Veteranlar Təşkilatının əməkdaşları Ümummilli Liderin məzarını ziyarət ediblər
Vətəndaşların müayinə və müalicə ilə bağlı müraciətləri dinlənilib
Bakıda keçiriləcək Nazirlər Konfransının təşkili məsələsi BMqT-nin nümayəndəsi ilə müzakirə edilib