×
A
A
A
Sazlamalar

Gürcüstanın xarici borcu 24,2 milyard dollara çatıb

Tbilisi, 8 aprel, AZƏRTAC

Gürcüstanın ümumi xarici borcu ötən ilin sonlarında artaraq 24 milyard dolları keçib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Gürcüstan Milli Bankının saytında yerləşdirilib.
Bildirilir ki, ölkənin xarici borcu 2023-cü il dekabrın 31-nə 24,2 milyard dollar təşkil edib. Bu da ümumi daxili məhsulun 79,2 faizi deməkdir.
Xarici borcun 11,2 milyard dollarını dövlət borcu (ÜDM-in 30,2 faizi) təşkil edir. Bank sektorunun borcu 7,3 milyard dollar, özəl müəssisələrin borcu 4,6 milyard dollar, şirkətlər arasında borc isə 2,7 milyard dollardır.
Ümumi borcda xarici valyutada olan borcun xüsusi çəkisinin 88,5 faiz olduğu bildirilir.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2024-04-08 15:57:00