×
A
A
A
Sazlamalar

İsrail humanitar yardım maşınlarının Qəzza zolağının şimalına daxil olmasına icazə verməyib

Bakı, 8 aprel, AZƏRTAC

İsrail hakimiyyəti humanitar yardım daşıyan yük maşınlarının Fələstin anklavının şimalında yerləşən Qəzza zolağına daxil olmasına icazə verməyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, humanitar yardım daşıyan 322 yük maşını Kerem Şalom və Rəfah keçid məntəqələrindən keçərək Qəzza zolağına buraxılıb. Yardım əsasən ərzaq, su, şəkər, un və ilkin tələbat malları olub. Bununla belə, İsrail hərbçilərinin bölgənin şimalındakı əhaliyə humanitar yüklərin daşınmasını təmin edəcəyinə dair vədinə baxmayaraq, bu maşınların heç birinin Fələstin anklavının şimal hissəsinə daxil olmasına icazə verilməyib.
Telekanal, həmçinin Qəzza zolağına gələn humanitar yüklərin ümumi həcminin qeyri-kafi olaraq qaldığını bildirib.

Dünya 2024-04-08 07:34:00