×
A
A
A
Sazlamalar

Honkonq pandemiyadan sonra əvvəlki həyatın bərpa olunmasına çalışır

Bakı, 30 aprel, AZƏRTAC

Honkonq əcnəbilərin çoxunun ölkəni tərk etməsinə, turistlərin sayının isə əhəmiyyətli dərəcədə azalmasına səbəb olan COVID-19 pandemiyasından sonra var gücü ilə bərpa olmağa çalışır. Yüksək icarə haqları və işçi qüvvəsi çatışmazlığı indi vəziyyəti daha da çətinləşdirib. Ticarət mərkəzlərinin fəaliyyətlərində durğunluq yaranıb, buraya gələnlərin sayı azalıb, mağazaların üzərində “Kirayə verilir” və “Tezliklə açılacaq” kimi lövhələr asılıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, rəsmi məlumata görə, 20 mindən çox şirkət 2024-cü ilin birinci rübündə qeydiyyatı ləğv ediblər. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 70 faiz çoxdur.
Honkonq Restoranlar və Qarışıq Peşələr Federasiyasının prezidenti Saymon Vonq RTNK ictimai teleşirkətinə müsahibəsində bildirib ki, onun hesablamalarına görə, son ay ərzində təxminən 200-300 restoran bağlanıb və gözlənildiyi kimi, bu tendensiya davam edəcək.
Çərşənbə günü Qızıl həftənin - alış-veriş və əyləncə üçün ənənəvi fəal dövrün başlanmasına baxmayaraq, bir çox müəssisələr bunu nikbinliklə qarşılamır.

Dünya 2024-04-30 16:39:00