×
A
A
A
Sazlamalar

Etna vulkanı yenidən fəallaşıb

Roma, 8 aprel, AZƏRTAC
İtaliyanın Siciliya adasındakı Etna vulkanı kül və lava püskürməyə başlayıb.
AZƏRTAC xəbər verir ki, İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutundan (INGV) verilən açıqlamada Etnanın cənub-şərqindəki kraterdən lava axınının olduğu, vulkanın püskürdüyü kül və toz dumanının böyük əraziyə yayıldığı bildirilir. Hündürlüyü təxminən 3330 metr olan Etnadan halqavari tüstü püskürüb.
Qeyd edək ki, vulkan sonuncu dəfə ötən ilin dekabrında aktivləşmişdi.
Etna Avropanın ən hündür və ən aktiv vulkanıdır. Etnada ildə bir neçə dəfə aktivlik müşahidə olunur.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Dünya 2024-04-08 14:40:00