×
A
A
A
Sazlamalar

Mozambikdə gəmi qəzası: 91 nəfər ölüb, 34 nəfər itkin düşüb

Bakı,8 aprel, AZƏRTAC

Mozambikin şimalındakı Nampula əyaləti yaxınlığında həddindən artıq yüklənmiş gəminin batması nəticəsində azı 91 nəfər həlak olub, 34 nəfər itkin düşüb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, xilasedicilər beş nəfərin həyatını xilas edə biliblər.
Nampula əyalətinin hakimiyyət orqanları gəminin Mossuril rayonundan hərəkətə başladığını və ümumilikdə 130 sərnişin daşıdığını deyiblər. Sərnişinlər vəba epidemiyası ilə bağlı yanlış məlumatlar səbəbindən bölgəni tərk edən yerli sakinlər olub.
İtkin düşənlərin axtarışını davam etdirmək və qəza ilə bağlı araşdırma aparmaq üçün çoxsahəli qrup formalaşdırılıb.

Dünya 2024-04-08 10:41:00