×
A
A
A
Sazlamalar

Almaniyada cinayətkarlıq artıb

Bakı, 6 aprel, AZƏRTAC

2023-cü ildə Almaniyada təxminən 6 milyon cinayət hadisəsi qeydə alınıb. Bu da 2022-ci illə müqayisədə 5,5 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə “Welt am Sonntag” nəşri polisdəki mənbəyə istinadla məlumat yayıb.
Qəzet yazır ki, cinayətlərin 58,4 faizi açılıb. Ölkədə zorakılıqla müşayiət olunan cinayətlər son 15 ildə ən yüksək səviyyəyə çatıb. Ağır və insan həyatına təhlükə törədən cinayətlər 7 faiz, mənzillərin qarət edilməsi 11,5 faiz artıb.

Dünya 2024-04-06 22:45:00