×
A
A
A
Sazlamalar

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

Budapeşt, 7 may, AZƏRTAC

Avropa İttifaqının Statistika Agentliyi (Eurostat) tərəfindən toplanan məlumatlara görə, Macarıstanda keçən il ən azı 10 işçisi olan müəssisələrdə saatlıq əməkhaqqı 12,8 avro təşkil edib ki, bu da Avropa İttifaqında ən aşağı göstəricilərdən biridir.
AZƏRTAC Eurostat Agentliyinin dünən dərc etdiyi məlumatlara istinadla xəbər verir ki, saatlıq əməkhaqqı yalnız Rumıniyada (11 avro) və Bolqarıstanda (9,3 avro) Macarıstandan aşağı olub. Regional müqayisədə Polşada saatlıq əməkhaqqı 14,5 avro, Slovakiyada 17,2 avro, Çexiyada isə 18 avro təşkil edib.
Aİ daxilində işçi qüvvəsi ilə bağlı xərclər orta hesabla saatda 31,8 avro olub.
Macarıstanda işçi qüvvəsinin yerli valyuta ilə dəyəri 2023-cü ildə 17 faiz artıb.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Dünya 2024-05-07 10:04:00