×
A
A
A
Sazlamalar

Məhəmməd Əlinin məşhur döyüşdə geyindiyi şort hərraca çıxarılıb

Bakı, 3 aprel, AZƏRTAC

Mərhum boksçu Məhəmməd Əlinin döyüşlərdən birində geyindiyi şortu satışa çıxarılıb.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, bu məlumat “Lot Sothebi” auksion evinin saytında yer alıb.
Onun 1975-ci il oktyabrın 1-də Co Freyzerə qarşı görüşdə geyindiyi ağ və qara rəngdə olan şortlarının 4-6 milyon dollara satılacağı ehtimal olunur.
Həmin formada 2016-cı ildə vəfat edən dünyaşöhrətli idmançının imzası var.
Qeyd edək ki, boks tarixinə “Manilada triller” kimi yazılan görüşdə Məhəmməd Əli rəqibini 14 raundun sonunda məğlub etməyi bacarıb.

 

İdman 2024-04-03 17:36:00