Atıcılıq üzrə Azərbaycan Kubokuna start veriləcək
Bakı, 3 aprel, AZƏRTAC
Bu gün stend və güllə atıcılığı üzrə Azərbaycan Kuboku start götürəcək.
Azərbaycan Atıcılıq Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Bakı Atıcılıq Kompleksində keçiriləcək yarışda ölkədə fəaliyyət göstərən idman məktəbləri, klubları və cəmiyyətləri təmsil edən 50-dən çox atlet öz gücünü sınayacaq.
Kişilər, qadınlar, oğlanlar, qızlar arasında stend atıcılığının dairəvi və səngər növləri, tapançadan 25 və 50 metr məsafəyə, pnevmatik tapançadan / tüfəngdən 10 metr və 50 metr məsafəyə atəş açma, eləcə də qarışıq komanda yarışları üzrə qaliblər müəyyənləşəcək.
Qeyd edək ki, yarışlar aprelin 6-dək davam edəcək.
Futbol üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib
Azərbaycanın U-21 yığması Türkiyədə Şimali Makedoniya ilə qarşılaşacaq
Azərbaycan millisi bu gün Belarusla yoldaşlıq görüşü keçirəcək
Azərbaycan Karate Federasiyası Dünya Karate Federasiyasına rəsmi üzv qəbul edilib
Fernandu Santuş: Belarusla oyunda bir neçə futbolçuya istirahət verəcəyik