Avropa çempionatı: Azərbaycanın həndbol millisi seçmə mərhələdə beşinci oyununu keçirəcək
Bakı, 3 aprel, AZƏRTAC
Bu gün qadın həndbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, yığma V turda doğma meydanda Şimali Makedoniyanı qəbul edəcək. Bakı İdman Sarayında oynanılacaq görüş saat 17:00-da start götürəcək.
Komandalar arasında səfərdə keçirilən görüş Şimali Makedoniyanın 40:17 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, qrupda bir qələbəsi olan Azərbaycan millisi 2 xalla dördüncü pillədə qərarlaşıb.
“Fənərbağça”nın sabiq baş məşqçisinin yeni klubu bəlli olub
“Kəpəz” yeni futbolçu transfer edib
Azərbaycanın fiqurlu konkisürəni dünya çempionatına vəsiqə qazanıb