"Qarabağ"ın legioneri: Qalib gəlsək də arxayınlaşmamalı, cavab oyununa fokuslanmalıyıq
Bakı, 3 aprel, AZƏRTAC
“Nəticəyə görə çox sevincliyik. Qalib gəlsək də arxayınlaşmamalı, qarşıdakı cavab oyununa fokuslanmalıyıq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Olavio Juninyo Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Neftçi"yə 4:0 hesabı ilə qalib gəldikləri ilk oyunla bağlı danışarkən deyib.
Braziliyalı hücumçu bildirib ki, “Neftçi” üzərində qələbə onlar üçün olduqca vacib idi: “Komandamız rəqibin qapısından 4 qol keçirməyi bacardı. Amma mənim qol vurmağım üçün situasiya yaranmadı. Lakin bunun heç bir əhəmiyyəti yoxdur. Əsas odur ki, komandamız derbinin qalibi oldu. Düzdür, rəqib uzun müddətdir bizi məğlub edə bilmir. “Qarabağ”a yeni transfer olanda hər kəs mənə “Neftçi” ilə oyunların derbi olduğunu söyləmişdi. Onların necə nəticə göstərməyindən asılı olmayaraq, mənim üçün derbi derbidir”.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması aprelin 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Azərbaycan təmsilçisi Sloveniya klubu ilə əməkdaşlığa başlayıb
“Fənərbağça” Kayl Uolker ilə danışıqlara başlayıb
“Azərreyl” italiyalı baş məşqçisi ilə müqaviləni uzadıb - EKSKLÜZİV
Azərbaycan cüdoçuları dünya çempionatının ilk günündə medal qazana bilməyiblər
Azərbaycan millisi Bakıda Moldova ilə iki yoxlama görüşü keçirəcək